20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Xaqani Məmmədov: "Riçard Almeydaya qırmızı vərəqə verilməli idi"

“Neftçi” rəsmiləri ilə görüşmüşük. Lakin həm həmin vaxt Ramin Musayev orada olmayıb”. Bu sözləri apasport.az saytına AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
 
Azərbaycan Premyer Liqasının sonuncu - XXIV turunda “Qarabağ”a 1:4 hesabı ilə uduzan “Neftçi” klubunun rəsmiləri oyundan sonra AFFA-nın mənzil-qərargahına yollanaraq, hakimliklə bağlı şikayətlərini çatdırıblar. Məmmədov bildirib ki, həmin matçı idarə edən Vüsal Əliyevin rəhbərlik etdiyi hakimlər briqadasından narazı qalan paytaxt klubunun nümayəndələri ilə şəxsən görüşüb: “Neftçi”nin vitse-prezidentinin fikirləri ilə tanışam. O, mətbuata açıqlamasında bəzi məqamları təhrif edib. Bu görüş Peşəkar Futbol Liqasının prezidentinin kabinetində olmayıb. Ümumiyyətlə, həmin görüşdə Ramin Musayev iştirak etməyib. Səhvlərə gəlincə, bəli, səhvlər var. Özü də, biz bu səhvləri “Neftçi” nümayəndələri gəlmədən öncə müəyyənləşdirmişdik. Hakimlərin konkret hansı epizodlarda səhv qərar verdiklərini söyləmək istəmirəm. Amma hər iki komandanın əleyhinə düzgün olmayan qərarlar olub. Bircə onu deyə bilərəm ki, “Qarabağ”ın futbolçusu Riçard Almeyda rəqib oyunçu Ernest Nfora qarşı kobud oynadığı epizodda meydandan qovulmalı idi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30