28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Xəzər Lənkəran”ın 33 ən yaxşı futbolçusu

İdman Araşdırmalar Mərkəzi (İAM) 10 illik yubileyini qeyd etməyə hazırlaşan "Xəzər Lənkəran" futbol klubu ilə bağlı daha bir layihəni həyata keçirəcək. Lent.az-ın məlumatına görə, İAM klubun tarixi ərzində ən yaxşı yerli futbolçusunu, legionerini və simvolik komandasını seçəcək.

Bu məqsədlə ölkəmizin aparıcı KİV-lərində çalışan idman jurnalistləri arasında sorğuya start verilib. Respondentlərə İAM-ın Ekspert və Qiymətləndirmə Qrupunun müəyyənləşdirdiyi 33 namizəd futbolçu arasından seçim aparmaları təklif olunur. Həmin oyunçulardan 3-ü qapıçı, hərəyə 12-si müdafiəçi və yarımmüdafiəçi, 6-sı isə hücumçudur. Həmkarlarımız bu siyahıdan ən yaxşı yerli və əcnəbi futbolçunu, eləcə də 1-4-4-2 taktiki sxeminə uyğun olan oyunçuları seçəcəklər.

Namizədlər aşağıdakılardır:

I. Qapıçılar (1): Kamran Ağayev, Aleksandr Martyoşkin, Orxan Sadıqlı

II. Mərkəz müdafiəçiləri (2): Adrian Manuel Skarlatake, Elvin Beqiri, Kostadin Cambazov, Martin Stankov, Miroslav Saviç, Andrey Mureşan

III. Sağ cinah müdafiəçiləri (1): Füzuli Məmmədov, Ruslan Poladov, Darius Jutautas

IV. Sol cinah müdafiəçiləri (1): Radomir Todorov, Elnur Allahverdiyev, Ədəhim Niftəliyev

V.  Dayaq yarımmüdafiəçiləri (1): Rahid Əmirquliyev, Emin Quliyev, Dieqo Souza

VI. mərkəz yarımmüdafiəçiləri (1): Mario Souza, Junior Osvaldo, Mahmud Qurbanov

VII. Sağ cinah yarımmüdafiəçiləri (1): Sadio Tounkara, Denis Kalinkov, Julius Vobay

VIII. Sol cinah yarımmüdafiəçiləri (1): Alim Qurbanov, Adrian Pit, Katalin Doman

IX. Hücumçular (2): Zaur Ramazanov, İvan Tsvetkov, Samir Əliyev, Uinston Parks, Oqtay Dərəlioğlu, Mbilla Etame

X. Ən yaxşı yerli futbolçu

XI. Ən yaxşı legioner.

Qeyd edək ki, İAM "Xəzər Lənkəran"ın 10 illik yubileyi münasibətilə klubla birgə yazı müsabiqəsi də elan edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31