29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Bavariya”nın sabiq hücumçusu AZAL-da!

AZAL-ın düşərgəsinə daha bir futbolçu qoşulub. Apasport.az saytının əldə etdiyi məlumata görə, bu, hollandiyalı hücumçu Boy Deuldur.
 
Bu barədə AZAL-ın baş məşqçisi Vaqif Sadıqov məlumat verib: “Bildiyiniz kimi, qış fasiləsində baxışdan keçirdiyimiz Hardi Pintu düşərgəmizdədir. İndi isə Belçikanın aşağı dəstə klubu olan “Antverpen”dən daha bir hücumçu komandamıza qoşulub. Bunu ilk dəfə sizə deyirəm. Boy Deul sağ və sol cinahlarda oynaya bilir. Ancaq onun əsl mövqeyi mərkəzdir. Onu 2-ci forvard, daha dəqiq desək, hücumçu arxası oynatmaq niyyətim var. Hardi isə sırf mərkəz hücumçusudur. Hələ 2 gündür ki, məşq keçməmişik. Bugündən məşqlərə start verəcəyik. Hər 2 oyunçu məhz bu 1 həftə ərzində baxışdan keçiriləcək. Bizi gücləndirəcəyimizi düşünsək, müqavilə bağlayacağıq”.
 
İndi isə Boy Deulu qiyabi tanıyaq. 1987-ci ilin avqustun 30-da Niderlandın paytaxtı Amsterdamda anadan olan Deul əslən Antil adalarındandır. O, “Antverpen”ə qədər Hollandiyanın “Volendam”, “Villem II” və “Vendam” klublarında çıxış edib.
 
Deul 2010-2012-ci illər ərzində “Bavariya”nın 2-ci komandasında da top qovub. Lakin onun çıxış etdiyi vaxt komandası 3-cü liqadan Regionalliqaya yuvarlanıb. Boy ötən il iyunun 24-də “Çelsi”nin sabiq hücumçusu Cimmi Floyd Hasselbaynkın çalışdırdığı “Antverpen”ə keçsə də, debüt etməyərək bu komandanı erkən tərk edib. Deul 2009-cu ildə Antil və 2010-cu ildə Kurasao yığmasından təklif alsa da, debüt etməyib.
 
Qeyd edək ki, hazırda Hollandiyanı təmsil edən Lorentso Ebesilio “Qəbələ”, Melvin Platye “Neftçi” və Leroy Corc “Qarabağ”da çıxış edir. Əvvəllər isə Stiv Olfers və Kollinz Con “Qəbələ”nin şərəfini qoruyub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31