28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Hafiz Məmmədov Madrid derbisini canlı izlədi

Bu gün İspaniya La Liqasında 26-cı turun oyunları baş tutub. Futbolxeber.az-ın məlumatına görə, formasında “Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) ifadəsini reklam edən Madrid “Atletiko”su doğma meydanda Madrid “Real”ı ilə qarşılaşıb. Hazırda İspaniyada səfərdə olan “Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədovun canlı izlədiyi oyun 2:2 hesabı ilə yekunlaşıb.

İspaniyada səfərdə olan “Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədov səfər zamanı bir sıra vacib görüşlər keçirib. Hafiz bəy "Atletiko" (Madrid) klubunun rəhbərliyi ilə görüşdə Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verib. İspan klubunun rəsmiləri və fəxri qonaqlardan olan tanınmış futbolçu Radomel Falkao Azərbaycan xalqına başsağlığı verib. Hafiz Məmmədov həmçinin İspaniyanın Madrid regionunun rəhbəri İqnasiyo Qonzales və Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyevlə də görüşüb.

 


fcbaku.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31