20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Atletiko" Azərbaycanla müqaviləsini yenilədi

Martın 1-də Ispaniyanin paytaxtı Madrid şəhərindəki “Visente Calderon” stadionunda “Atletiko” Madrid klubu ilə Azərbaycan arasında strateji əməkdaşlıq sazişinin müddətinin daha bir il artırılması ilə bağlı təntənəli mərasim keçirilib. Futbolxeber.az-ıb “Bakı”nın rəsmi saytına istinadən verdiyi məlumata görə, mərasimdə çıxış edən "Atletiko" klubunun prezidenti Enrike Serezo bu layihə və ümumilikdə Azərbaycan barədə maraqlı fikirlər səsləndirib. O bildirib ki, bu layihə dünya futbol aləminə yenilik gətirib və ilk dəfə olaraq hansısa bir marka və ya məhsul yox, məhz ölkə təbliğ olunmağa başlayıb. Bu layihə ilə yüz minlərlə insan güclü iqtisadiyyata və qədim mədəniyyətə malik Azərbaycanı yaxından tanıyıb. “Futbol xalqların yaxınlaşmasına xidmət etməklə, dünyada sülhü təbliğ edir.  Bizim əməkdaşlığımız bunun gözəl bir nümunəsidir. Cəmi 1 il ərzində biz Azərbaycanı dünyada layiqli çəkildə tanıtmağa çalışdıq. Bunun nəticəsi olaraq Azərbaycan-İspaniya ticarət palatası yaradıldı”.

“Atletiko”nun əsas heyəti ilə Azərbaycana səfərini də xatırlayan klub prezidenti Bakının gözəlliyinə, insanların xeyirxahlığı və mehribanlığına heyran qaldıqlarını vurğulayıb.

Sonra “Atletiko” ilə “Bakı” klubu arasındakı əməkdaşlığı əks etdirən videçarx nümayiş olunub. 

Daha sonra çıxış edən “Bakı” futbol klubunun icraşı direktoru Yaşar Seyidov bu layihənin “Bakı” klubunun və ümumilikdə Azərbaycan futbolunun inkişafına təkan verdiyini diqqətə çatdırıb.

Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev Azərbaycan-İspaniya əlaqələrinin bugünkü vəziyyəti barədə danışaraq qeyd edib ki, bu il çox əhəmiyyətli qarşılıqlı səfərlərlə yadda qalacaqdır. O tədbir iştirakçılarına Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti və idman həyatı barədə məlumat verib. “Land of fire-Azerbaijan” layihəsinin ölkəmiz üçün əhəmiyyətini bir daha nəzərə çatdırıb.

Tədbirin sonunda “Atletiko”nun prezidenti, baş məşqçisi, əsas heyəti və azərbaycanlı qonaqlar klubun rəmzi köynəyini imzalayıblar.  

Xatırladaq ki, 2013-cü il fevralın 1-də imzalanmış razılaşmaya layihəyə əsasən, “Atletiko” Madrid klubunun oyunçuları sinələrində  “Land of fire-Azerbaijan” loqosu ilə meydana çıxırlar. Razılaşmaya əsasən, 3 il ərzində azərbaycanlı futbolçular “Atletiko” klubunun futbol akademiyasında təlimlər və yoldaşlıq görüşləri keçirirlər. Hazırda 16 yaşlılardan ibarət yığmamızın heyəti “Atletiko”nun dəvəti ilə Madriddə təlim-məşq toplantısındadır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30