28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

Qurbanov: “Mübarizə indi qızışır”

“Vacib 3 xal qazandıq, gərgin və maraqlı oyun oldu. Oyun ilk dəqiqələrdən yüksək tempdə getdi. 3 top fərqi ilə irəlidə olsaq da, son fitə kimi ehtiyatlı oynadıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi” ilə oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis rəqibə hörmətlə yanaşdıqlarını qeyd edib: “Neftçi” azlıqda qalmasına baxmayaraq, qol da vurdu. Meydanın hər qarışı uğrunda mübarizə apardıq. Jaba Dvali toplanışın sonuna 3 gün qalmış heyətimizə cəlb olundu. Formasından uzaqdır, tədricən daha yaxşı olacaq. ”Qəbələ” ilə oyunla müqayisədə bu qarşılaşma daha sürətli idi. Qırmızı vərəqə epizodunu aydın görə bilmədim. “Neftçi”yə həmişə hörmətlə yanaşmışam, uğurlarına sevinmişəm. Məğlub olduğumuz oyunlarda da təbrik etmişəm. Bir daha rəqibin oyunçularına əhsən deyirəm. Düşünürəm ki, mübarizə indi qızışır, çempionat inkişaf edir. Təəssüf ki, bu cür mərkəzi oyunlarda bəzi xoşağəlməz hadisələr olur”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31