20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Böyükağa Hacıyev: “Artıq “Neftçi” PFL-in arzuladığı kimidir”

“Xəzər Lənkəran”la oyundan sonra müdafiədəki boşluqlarımızı gördük. Eyni xəttdə oynayan müdafiəçilərimiz qırmızı vərəqə almışdı, cəzalı müdafiəçilərimizin yerini doldura bilmədik. Artıq “Neftçi” PFL-in arzuladığı kimidir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”la oyundan sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Hacıyev yenə də hakimlərdən şikayətlənib: “Araz Abdullayevin epizodunda qırmızı var idi? Almeyda Nforun başından vurdu, qırmızı vermədilər. Məqsədləri nədir? Xaqani Məmmədov hakimlərin yüksək səviyyədə olduğunu deyir. “Neftçi”ni bu hala salanlar düşünməlidir. Dünya statistikasında eyni oyunda bir xətt oyunçularının qırmızı vərəqə almasını görməmişəm. Bu gün “Qarabağ” qalib gəldi, əgər çempion olacaqlarsa indidən təbrik edirəm. Ramosun 7 sarı vərəqəsi var idi, birini də bu gün verdilər, gələn oyunda oynamayacaq. Məqsədləri “Neftçi”ni bir neçə il öncəyə qaytarmaqdır. Bizim haqqımız yeyilib. Cəzalı futbolçular bir neçə oyundan sonra qayıdacaq. Boşluqları doldurmaq olduqca çətindir. Kiminsə “Qarabağ”a simpatiyası “Neftçi”dən çox ola bilər. Rəqib 2-0 hesabı ilə öndə idi, qırmızı vərəqəyə ehtiyac var idi? “Neftçi”yə qarşı çox amansızdırlar. Deyirlər ki, “Neftçi”ni dartırlar. Belə kömək edirlər? Keçən il də, bu il də bunun şahidi olduq. “Qarabağ”ı qələbə ilə təbrik edirəm, Avropada uğurlarımızı təkrarlamağı arzu edirəm. Lənkərandakı uğursuzluqda hakimin rolu 85% idi. “Rəvan”ın son oyununda iki penalti və qırmızı vərəqə verdilər. Bu cür vəziyyəti yaradan da bizim futbol mütəxəssisləridir. Bəzi insanlara futbolun inkişafı lazım deyil. 6 oyunçumun 7 sarı vərəqəsi var idi, onları qorxa-qorxa oynadırdıq ki, cəzalı duruma düşməsinlər. Rəşad Sadiqov çox yaxşı yarımmüdafiəçidir. Oyunboyu istəklə oynayır, ola bilər oyunu alınmasın, insandır, mərkəz xəttdə aparıcı qüvvədir. Əvəzetmələrlə ehtiyatlı olmaq lazımdır. Son oyunlarda Mirhüseyn daha yaxşı təsir bağışlayır, bu gün də qol vurdu. Məşqçi səbrli olmalıdır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30