25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Tsxadadze: “Avrokuboklara vəsiqə qazanmaq istəyirik”

“Xəzər Lənkəran” a qarşı keçirdiyimiz bugünkü oyun da həmişəki kimi çox maraqlı alındı. Çox gərgin mübarizə getdi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”la oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcü mütəxəssis komandasının yaxşı təsir bağışladığını bildirib: “Yaxşı təsir bağışladıq, amma vurulmuş qoldan sonra bir qədər müdafiəyə oturduq və həmin 12 dəqiqə bizə yaxşı bir şey vermədi. Bu 12 dəqiqə ərzində qol buraxdıq və “Xəzər Lənkəran” hesabı bərabərləşdirdi. Ümumiyyətlə, rəqibin fiziki futbola üstünlük verdiyini, uzun toplarla və yaxud da uzaqdan endirilmiş zərbələrlə uğur qazanmaq istədiyini bilirdik. Müdafiədəni yaxşı qurduq. Ümumiyyətlə, yaxşı təsir bağışladıq. Əfsuslar olsun ki, oyun heç-heçə başa çatdı. Fasilədən sonra “Xəzər Lənkəran” komandasının futbolçuları yorulmuşdular və boşluqlar yaranmağa başladı. Biz bunu bilirdik, lakin əlimizə düşən şansları istifadə edə bilmədik. Son oyunlarda heç-heçə seriyası ilə üz-üzə gəlmişik. Hər oyun, demək olar ki, heç-heçə başa çatır. Mükafatçılar sırasına düşmək və avrokuboklara vəsiqə qazanmaq istəyirik”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30