19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Emin Quliyev: “Etiraf edək ki, bu qrupda yalnız Maltadan güclüyük”

Azərbaycan millisinin sabiq futbolçusu, hazırda “Xəzər Lənkəran” klubunda məşqçi işləyən müsahibəsi

- AVRO-2016-nın seçmə mərhələsində bizimlə eyni qrupa düşən komandalar barədə fikirlərinizi bilmək maraqlı olardı. Daha asan qrupa düşə bilərdik, yoxsa?

- Asan qrup deyəndə ki, səviyyə baxımından yalnız sonuncu səbətdəkilər bizdən zəifdirlər. Belə olan halda, rəqiblər arasında elə də ciddi fərq yoxdur, hamısı güclüdür. Hərəsi bir futbol mədəniyyətini təmsil edirlər. Maraqlı qrupdur, fərqli oyunlar izləyəcəyik. Əksəriyyət İtaliya və Xorvatiyanı favorit sayır. Bolqarıstan və Norveç yığmaları da öz sözlərini deyə bilərlər.

- Bəs bizim 3-cü pilləni tutub, pley-offa vəsiqə qazanmaq şansımız nə dərəcədə realdır?

- Etiraf edək ki, bu qrupda yalnız Maltadan güclüyük, digərləri səviyyə baxımından bizi qabaqlayır. Lakin yaxşı hazırlaşıb, nəsə etmək olar.  Burda əsas məsələ uğurlu başlanğıc və evdə uduzmamaqdır.

- Hətta, İtaliyaya da?

- İtaliya, İtaliyadır. Əlbəttə, aşkar favoritdir. Lakin istənilən komandaya qarşı oynamaq olar.

- AÇ-2004-ün seçmə mərhələsində İtaliya yığması ilə eyni qrupa düşmüşdük və həmin vaxt bu rəqibə qarşı oynamısınız...

- Hə, Vaqif Sadıqovun vaxtında idi. Oyuna böyük maraq vardı, stadion tam dolmuşdu. Ümumilikdə pis oynamadıq. Hətta, qol vurmaq üçün şansım da oldu. Ancaq Emin Ağayevin səhvindən sonra ilk qolu buraxdıq, ardınca da Del Pyero cərimə zərbəsindən fərqləndi.

- Hansı milli güclü idi?

- Müqayisə etmək çətindir. Çünki həmin heyətdə Kamal Quliyev, Mahmud Qurbanov, Samir Əliyev, Qurban Qurbanov kimi futbolçular vardı. Lakin indi millimizin üzvlərinin əksəriyyəti gəncdir, komandamız keçid dövrünü yaşayır.

- Təcrübəlilərin olmağı öz yerində, həmin dövrdə futbolçular daha istəkli oynayırdılar...

- Zaman dəyişdikcə, insanların həyata baxışı da dəyişir. Bizim vaxtımızda bu cür şərait yox idi. Çətinliklərə öyrəşmiş futbolçular idik. İtaliyaya qarşı oynamaq böyük hadisə idi. Amma son illərdə bir çox tanınmış yığmalar, klublar Bakıya gəldi və hər şey adiləşdi. Aradan cəmi 10 il keçsə də, çox şey dəyişib. Həmin vaxt futbolda bu qədər pul yox idi. Amma indi baxırsan ki, bəziləri bir az oynayıb, 3-5 manat alan kimi, ulduz xəstəliyinə tutulurlar. Təbii ki, bunu hamıya şamil etmək olmaz. Hazırda yığmada qabiliyyətli, gələcəyi olan oyunçular da var.

- Bu futbolçularla Avropa çempionatına vəsiqə qazanmaq olar?

- Bircə ölümə çarə yoxdur. Bayaq dediyim ki, hər şey hazırlaşmaqdan asılıdır. Rəqiblərin hansı durumda olması da önəmlidir. Ümid edək ki, bizim üçün həyəcanlı bir tsikl olar.


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30