20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Güclü rəqiblərlə oyuna üstünlük veririk"

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə Rusiyanın "Spartak" klubunun əvəzedici komandası arasında keçirilmiş yoldaşlıq oyunu ilə bağlı yığmamızın baş məşqçisi Mirbağır İsayev fikirlərini bildirib: "Çox çətin oyun oldu. Bunu bilirdik, çünki təlim-məşq toplanışlarında biz həmişə güclü rəqiblərlə oyuna üstünlük veririk. Bu, gələcəkdə futbolçularımızın öz yaşıdları ilə oyuna köklənməsinə, bugünkü səhvlərin həmin oyunlarda təkrarlanmamasına gətirib çıxaracaq. Növbəti təlim-məşq toplanışlarında da yüksək səviyyəli komandalarla qarşılaşmağa çalışacağıq. Bunun müsbət nəticəsini mütləq görəcəyik. “Spartak” bizdən çox üstün oynadı. Bizə də belə oyunlar lazımdır ki, komandanı sınaqdan keçirək. Daha əvvəl də qeyd etdiyim kimi, məqsədimiz Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərimizlə oyunlara hazırlamaqdır".


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30