28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Aleksandar Şoliçdən yubiley qol

Azərbaycan Premyer Liqasının 23-cü turunda vurulan qol “Bakı” üçün yubileylə əlamətdar olub. Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “İnter”lə qarşılaşmada hesabı açan Aleksandar Şoliç klub tarixinə düşüb. Belə ki, xorvatiyalı legioner paytaxt təmsilçisinin Premyer Liqada 600-cü qolunu vurub.

Ölkə çempionatlarında müxtəlif adlar altında çıxış edən komanda “Polis Akademiyası”, “Dinamo”, “Dinamo-Bakılı” və “Bakı” adları altında keçirdiyi 472 qarşılaşmada 600 qol vurub və 443-nü buraxıb. Bakılılar 340 dəfə öz meydanında, 260 dəfə səfərdə qol sevinci yaşayıb.

Qeyd edək ki, yalnız 4 klub “Bakı”dan çox qol vurub. “Neftçi” 1124, “Qarabağ” 875, “Kəpəz” 849, “Turan” isə 723 dəfə fərqlənib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31