19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Banişevkinin 68 yaşı tamam olur

Bu gün Azərbaycan futbol tarixinin ən parlaq simasının, “Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin ad günüdür. Futbolxeber.az-ın məlumatına görə, karyerası ərzində “Neftçi”yə sadiq qalan keçmiş hücumçunun 68 yaşı tamam olur. 1946-cı ilin fevralın 23-də Bakıda anadan olan Banişevski “ağ-qaralar”ın heyətində (1964-1973, 1975-1978) SSRİ çempionatlarında 288 oyunda 121 qol, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub. O, 1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb.

SSRİ-nin əməkdar idman ustası, Qriqori Fedotov klubunun üzvü olan Banişevskinin məşqçilik karyerası qısa olub. O, “Neftçi”də (1981-1982) məşqçi, Mingəçevirinin “Avtomobilçi” klubunda (1984-1987), Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və “Kəpəz”də (1988) baş məşqçi kimi çalışıb. Afrika ölkəsində işlədiyi zamanı ağır xəstəliyə tutulan Banişevski 1997-ci il dekabrın 10-da ağır xəstəlikdən sonra 51 yaşında vəfat edib. Banişevski ölümündən bir il əvvəl “Şöhrət ordeni” ilə təltif olunub.


neftchipfk.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30