19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Simurq”un futbolçusu turun ən yaxşısı seçildi

“Simurq”un futbolçusu turun ən yaxşısı seçildiAzərbaycan Premyer Liqasında 22-ci turun rəmzi komandası məlumdur. Futbolxeber.az-ın məlumatına görə, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:

Qapıçı: Lukaş Sapela (Rəvan)

Müdafiəçilər: Yohan Bokonyano (İnter), İdan Vaytsman (Simurq), Laşa Salukvadze (İnter), Emin Mehdiyev (Neftçi)

Yarımmüdafiəçilər: Vaqif Cavadov (İnter), Rə.ad Sadiqov (Neftçi), Aleksandar Soliç (Bakı), Araz Abdullayev (Neftçi)

Hücumçular: Draqan Çeran (Simurq), Rauf Əliyev (Bakı)

“Qarabağ” bu dəfə də topa ən çox sahib olan və dəqiq ötürmə verən komandadır - oyun ərzində 47 dəqiqədən çox topa sahib olma, 82% dəqiq ötürmə. Hücum sayında “Xəzər Lənkəran”, qapıya zərbələrdə isə “Simurq” üstün olub. “İnter” futbolçuları isə hamıdan çox - 8 dəfə oyundankənar vəziyyətə düşüb. Cənub təmsilçisi həm də təkbətək mübarizələrdə digər komandaları üstələyib. Ən çox qayda pozuntusuna yol verən komanda isə “Qəbələ”dir.

Azərbaycan Premyer Liqasında 22-ci turun ən yaxşı oyunçusu isə “Simurq”dan Draqan Çerandır. 27 yaşlı serbiyalı hücumçu “Sumqayıt”la oyunda dubl edərək komandasının böyükhesablı qələbəsində pay sahibi olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30