20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Hafiz Məmmədovun bu təşəbbüsü “Xocalıya ədalət” kampaniyasının davamıdır”

Madridin “Atletiko” komandasının İspaniya çempionatında “Osasuna” və “Real Madrid”lə qarşıdakı oyunlarda Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmək üçün atacağı addımın təşəbbüskarı “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədovdur. Klubun vitse-prezidenti Yaşar Seyidov Lent.az-a açıqlamasında H.Məmmədovun bu təşəbbüsünü Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyasının davamı kimi dəyərləndirib.
 
O deyib: “Hər bir azərbaycanlı həmin o dəhşətli gecədən xəbərdardır. Erməni faşistlərinin törətdiyi soyqırımın dünyada tanıdılması istiqamətində böyük işlər görülür. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyasının davamı olaraq, 22 il öncə baş vermiş faciə qurbanlarının xatirəsini yad etmək üçün “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədovun təşəbbüsü ilə “Atletiko” İspaniya çempionatında “Osasuna” və “Real Madrid”lə növbəti iki oyununa qara sarğı və formasındakı “Azerbaijan Land of Fire” loqosunun üzərində matəm lenti ilə çıxacaq”.
Y.Seyidovun fikrincə, “Atletiko”nun növbəti 2 oyuna qara sarğı və matəm lenti ilə çıxması Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində mühüm addımlardan sayıla bilər: “Çünki “Atletiko” - “Real Madrid” matçı dünya derbilərindən sayılır və hazırda İspaniya çempionatında turnir cədvəlinə başçılıq etdiklərindən, iki komandanın oyununu 100 milyonlarla insan izləyəcək. Beləliklə, bütün dünya Xocalıda nə baş verdiyindən xəbər tutacaq. Məncə, futbol sahəsində bundan böyük təbliğat ola bilməz”.
 
Qeyd edək ki, fevralın 23-də İspaniya çempionatının 25-ci turu çərçivəsində “Osasuna”nın qonağı olacaq “Atletiko” martın 2-də “Real Madrid”i qəbul edəcək. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30