23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Xarici futbol

Volkan Demirel: “Derbi məni maraqlandırmır”

“Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəl jurnalislərin suallarını cavablandırıb. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli qolkiper ilk öncə Türkiyə Superliqasının 22-ci turu çərçivəsində “Elazığspor”a qarşı baş tutacaq oyun barədə danışıb: “Çempionat uzun bir marafondur. Təbii ki, xal itkiləri də olacaq. Biz də bacardığımız qədər az xal itirib, mövsümün sonunda azarkeşlərimi sevindirmək istəyirik. Yaxşı oyun sərgiləyərək, çempionluğu bayram etmək bizim əsas hədəfimizdir. “Elazığspor”a qarşı keçirəcəyimiz oyunda da yalnız bir məqsədimiz var - qalib gəlmək. Ardıcıl 2 yenilgidən sonra ötən tur qələbə qazandıq. İndi də ikinci qələbəmizi qazanmaq istəyirik”.

“Fənərbaxça”nın qolkiperi Superliqasının 22-ci turu çərçivəsində baş tutacaq “Qalatasaray” - “Beşiktaş” derbisi barədə sualı isə belə cavablandırıb: “Mən həmişə öz adıma danışıram. Kimin kimlə oynaması mənim üçün maraqsızdır. Əsas olan bizim qələbə qazanmağımızdır. Biz 3 xalımızı əldə etdikdən sonra rəqiblərin qazandıqları nəticələrin heç bir önəmi qalmayacaq”.

V.Dəmirəl “Fənərbaxça”nın üzərində hər hansı bir basqı olması barədə fikirləri qəbul etmir: “Biz üzərimizdə heç bir basqı hiss etmirik. Bizim dilimizdən belə söz eşitmisiz? Bunu siz jurnalistlər deyirsiz. Bird aha təkrar edirəm ki, komandamız stressdə deyil, üzərimizdə də hər hansı bir təzyiq yoxdur. Artıq 13-14 ildir ki, “Fənərbaxça”nın formasını geyirəm. İlk dəfədir ki, rəqiblərimizdən bu qədər öndə gedirik. Əvvəllər həmişə biz geridən gəlirdik. Bizim bir savaşımız var və bu savaşı da çempionluğu qazanmaqla bitirmək istəyirik. Kimin nə işlə məşğul olması bizi qətiyyən maraqlandırmır. Yayılan xəbərlərin hamısı mətbuatın uydurmasıdır. Komandamız əla ab-hava var, durumumuzdan olduqca məmnunuq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30