19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Xarici futbol

“Liverpul” “Atletiko”dan Ardanı istədi

İngiltərənin “Liverpul” klubu İspaniya “Atletiko”sunun rəhbərliyinə futbolçu Arda Turanın transfer etmək istəyi ilə müraciət edib. Lent.az-ın “Fichajes.net”ə istinadən məlumatına görə, “qırmızılar”ın təklif etdiyi məbləğ açıqlanmır.
 
Amma həmin məbləğin türkiyəli yarımmüdafiəçinin bazar qiymətinə uyğun olduğu bildirilir. “Mersisaydlılar” qışda Ukrayna “Dnepr”indən Yevgeni Konoplyankanı almaq istəyirdilər. Amma bu keçid baş tutmayıb. Ona görə də “Liverpul” digər variantları nəzərdən keçirir.
 
Qeyd edək ki, Arda Turan “Atletiko”ya 2011-ci il avqustun 10-da keçib. Onun Madrid klubu ilə hazırkı anlaşması 2017-ci il iyunun 30-da başa çatacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31