29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Sabiq “Çelsi”li: “Milan”ı Zeedorfa görə seçdim”

“Milan”a transfer olunan Maykl Essyen yeni klubu haqda fikirlərini açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu “Milan”ı seçməyinin səbəbini də açıqlayıb: “Milan”ın uğur qazanması üçün əlimdən gələn hər şeyi edəcəyəm. Burada olduğum üçün çox şadam. Hər kəs bilir ki, “Milan” böyük klubdur. Nəyə görə məhz “Milan”ı seçdim? Zeedorfa görə. 2 gün onunla danışdıqdan sonra yekun qərarımı verdim. O, böyük şəxsiyyətdir və məşqçi kimi də böyük uğurlar qazanacağına əminəm. “Çelsi”yə, Abromoviç və Maurinyoya minnətdaram ki, “Milan”a qoşulmağıma problem yaratmadılar. “Milan”ın formasında meydana çıxacağım günü səbirsizliklə gözləyirəm. Komandanın heyətində Balotelli və Kaka kimi böyük futbolçuların olması əladır”.

Qeyd edək ki, Essyen cari mövsümdə Çempionlar Liqasında “Milan”a kömək edə biləcək. O, cari mövsümdə “Çelsi”nin heyətində qitənin ən mötəbər klub turnirində forma geymədiyindən 1/8 finalda “Atletiko”ya qarşı matçlarda iştirak edə bilər. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31