28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Klarens Zeedorf: “Milan”a “yox” deyə bilməzdim”

“Botafoqo”nun yarımmüdafiəçisi Klarens Zeedorf rəsmən futbolçu karyerasını başa vurduğunu bəyan edib. Futbolxeber.az-ın məlumatına görə, K.Zeedorf bu gün keçirdiyi mətbuat konfransında “Milan”ın yeni baş məşqçisi olacağını açıqlayıb: “Mətbuat konfransına futbolçu karyeramı başa vurduğumu bəyan etmək üçün qatılıram. 22 il futbol oynadım. Bu qərarı qəbul etmək çox çətin idi. Amma karyeramdan razıyam. Gələcək planlarıma gəldikdə isə, bəli, “Milan”ın yeni baş məşqçisi olacağam. “Botafoqo” rəhbərliyinə minnətdaram. Burada çox şey öyrəndim, qazandığım təcrübə İtalityadakı fəaliyyətimdə mənə faydalı olacaq”.

Zeedorf “Milan”ın təklifini bu gün qəbul etdiyini bildirib: “Qalliani dünən mənə zəng vurdu. Mən isə yekun qərarımı bu gün qəbul etdim. Dünənki gecə xeyli çətin alındı. Amma doğru qərar qəbul etdiyimə əminəm. Klubda keçirdiyim 10 ildən sonra “Milan”a “yox” deyə bilməzdim. Bu, mənim üçün yeni çağırışdır. “Milan”da çalışarkən uğur qazanacağıma inanıram”.

Zeedorf ailəsinin də qərarına isti yanaşdığını deyib: “Hələlik “Milan”da nələri dəyişəcəyimi bilmirəm. Hazırkı heyətdən 7 futbolçu ilə birgə çıxış etmişəm. Onlar mənə yeni işimdə yardımçı olacaqlar. Uşaqlarıma Milana qayıdacağımız haqda məlumat verərkən onlar ilk olaraq susdular. Daha sonra isə qəbul etdiyim qərardan razılıqlarını ifadə etdilər”.

Zeedorf “Milan”la imzalayacağı müqavilədən də söz açıb: “2,5 illik müqaviləyə imza atacağam. “Milan”ın mənə bu cür əhəmiyyətli postu etibar etməsinə sevinməyə bilmərəm. İşimin öhdəsindən gəlmək üçün bütün bacarığımı ortaya qoyacağam”.

Qeyd edək ki, İtaliya mətbuatında Zeedorfun köməkçilərinin “Milan”ın keçmiş hücumçuları - Ernan Krespo və Patrik Kluyvertin olacağı haqda xəbərlər yayılıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31