26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

Maurinyo: “Onun satılmasının əleyhinəyəm”

“Çelsi”nin baş məşqçisi Joze Maurinyo “Sautgempton”u 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra komandasının üzvü Xuan Mata haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, jurnalistlərdən birinin ispan futbolçunun əvəzlənərkən narazı olması barədə sualını Maurinyo belə cavablandırıb: “Mən onun reaksiyasını görmədim. Amma hesab edirəm ki, Mata həmin anda nəticəyə görə məyus olub. Çünki biz mütləq qələbə qazanmalıydıq. Əks halda, liderdən xeyli geri düşmüş olacağdıq. Oyunun sonunda isə Xuan da daxil olmaqla bütün futbolçular qələbəni qeyd etdilər. Mən onun getməsini istəmirəm. Mata komandada qalmalıdır. Lakin bu mənim fikrim və arzumdur. Bununla belə, qapımız da açıqdır. Kimsə getmək istəsə, ilk növbədə bizimlə bu barədə danışıb, sonra qərarını qəbul etməlidir. Bir daha təkrar edirəm ki, sırf mənim fikrimi soruşursunuzsa, Matanın satılmasının əleyhinəyəm”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30