13 May 2026, Çərşənbə
Yuri Vernidubdan qələbə şərhi
Berdiyev: “Heyət güclənməlidir”
“Qalib gəlmək üçün ölməlisən”
"Sumqayıt"ın futbolçusu mükafatlandırıldı

Xarici futbol

Azərbaycan millisinin üzvünə görə transfer qadağası

Türkiyənin 6 klubuna FİFA tərəfindən transfer qadağası qoyulub.

Futbolxeber.az-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, bu klublardan biri olan "Hatayspor" Azərbaycan millisinin futbolçusu Renat Dadaşova görə cəzalandırılıb.

Renat Dadaşov ötən mövsüm icarə əsasında Superliqa klubunda çıxış edib. Xəbərdə "Hatayspor"un Renatın transferində öhdəliklərini yerinə yetirmədiyinə görə iki mövsümlük transfer qadağası ilə üzləşdiyi bildirilib.

Klub İdman Arbitraj Məhkəməsinə müraciət edəndən sonra müsbət cavab alınsa, transfer işində maneə qalmayacaq.

Türkiyə klublarından "Adana Demirspor" (2), "Antalyaspor" (2), "Eyüpspor" (3), "Kayserispor" (3) və "Samsunspor" (2) da transferi qadağası ilə üzləşib.

Qeyd edək ki, hazırda Türkiyə 1-ci liqa təmsilçisi "Ankaragücü"də çıxış edən Renat Dadaşov 2023/2024 mövsümündə Hatay klubunun heyətində 31 oyunda 6 qol vurub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31