20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

“Hakim imkan versəydi “Fənər”ə 5 qol vurardıq”

Türkiyə Kubokunun dördüncü mərhələsində “Fənərbaxça”nı mübarizədən kənarlaşdıran “Fethiyespor”un aparıcı futbolçusu, rəqib qapısına yol tapan Ahmet Aras matçdan sonra maraqlı açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, “Fənər”in qapısına qol vuran Ahmet Aras, rəqibin oyun ərzində real qol epizodu yaratmadığını qeyd edib: “İlk qolu öz qapımıza vurduq. Bunax bamayaraq, fasiləyə kimi müdafiədə inamlı oynayırdıq. “Fənərbaxça”nın qol vurmaq üçün real qol şansı olmadı. Oyundan öncə də işimizin çox çətin olduğunu bilirdik. Amma özümüzə güvənərək çıxdıq meydana. Məşqçimiz də bizə güvənirdi. Onun, azarkeşlərimizin ümidini puça çıxarmadıq və 106 illik seriyamız davam etdi. Hər türk uşağı hələ küçədə futbol oynayarkən “Fənərbaxça”ya qol vurmağı arzulayıər. İndi Sabri ilə birgə bunu həyata keçirdik. Uşaqlıa arzumu reallaşdırdığım üçün çox xöşbəxtəm. İnanıram ki, tarix bizi unutmayacaq. Bu oyun daim yaddaşımda qalacaq. Xoş xatirə kimi “Fənər”in qapısına vurduğum qolu daim uşaqlarım və nəvələrimə danışacağam”.  

Aras ofsayt səbəbi ilə qeydə alınmayan qoldan da danışıb: “Top komanda yoldaşımın ayağından çıxarkən rəqib futbolçu ilə eyni xəttdəydik. Buna əminəm. Amma hakim bayrağını qaldırdı. Matçdan sonra epizodları diqqətlə izlədik. Epizodların heç birində oyundankənar vəziyyət yox idi. Hakim imkan versəydi, “Fənər”ə 5 qol vurardıq. Lakin qalib gəldiyimiz üçün bu məsələni şişirtmədik”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30