29 Oktyabr 2025, Çərşənbə
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”

Xarici futbol

Avro-2024: İlk turdan sonra ən yüksək qiyməti o aldı

Niderland millisinin hücumçusu Kodi Qakpo Avro-2024-ün ilk turu çərçivəsində ən yüksək qiymət alan oyunçu olub.

Futbolxeber.az saytının məlumatına görə, məşhur “WhoScored” portalının qiymətləndirməsində “Liverpul”un forvardı hamını qabaqlayıb. Qakpo Polşa ilə matçda vurduğu qolla komandasının qələbəsində böyük rol oynayıb və onun çıxışı 8,88 balla qiymətləndirilib. İkinci yeri İspaniya millisinin qapıçısı Unay Simon tutub. O, Xorvatiya ilə matçdakı çıxışına görə 8,83 xala layiq görülüb. İlk üçlüyü isə İspaniya millisinin digər üzvü Fabian Ruis qapayıb. Yarımmüdafiəçi xorvatlarla matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb və 8,79 bala layiq görülüb.

Qitə birinciliyinin ilk turunda ən yüksək bal alan futbolçuların beşliyində həmçinin, Almaniya millisindən Camal Musial (8,73) və İsveçrə yığmasından Mişel Ebişer (8,35) yer alıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31