19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

İbrahimoviç: “Dünya çempionatında Ronaldodan çox məni görmək istəyirlər”

“Fikrimcə, dünya çempionatının Ronaldodan çox mənə ehtiyacı var”. Lent. az-ın məlumatına görə, bunu İsveç milli komandasının futbolçusu Zlatan İbrahimoviç Portuqaliya yığması ilə 2014-cü il dünya çempionatının “pley-off” matçı öncəsi deyib.
O, rəqib komandanın hücumçusu Kriştianu Ronaldo ilə müqayisədə azarkeşlərə daha çox emosiya bəxş etməyə qadir olduğunu söyləyib: “Mənim vura bildiyim qollar da heç kimdə alınmayacaq. Hesab edirəm ki, futbol azarkeşləri Braziliyada məhz məni görmək istəyirlər. Amma oyunçu kimi Ronaldoya hörmətim var, onun ən yaxşılardan olduğuna əsla şübhəm yoxdur”. 
Qeyd edək ki, Portuqaliya və İsveç arasındakı ilk oyun noyabrın 15-də olacaq. Cavab görüşü isə noyabrın 19-da İsveçdə baş tutacaq. İki oyunun nəticəsində qalib komanda 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30