25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Xarici futbol

"Qalatasaray"da II sms qalmaqalı

Sabiq baş məşqçi Fatih Terim və klub prezidenti Ünal Aysal arasında yaşanan sms qalmaqalı unudulmamış, "Qalatasaray"da II sms qalmaqalı yanaşır. Futbolxeber.az-ın məlumatına görə, bu dəfə Türkiyə mətbuatı İdarə Heyətinin aparıcı üzvlərindən olan Ebru Köksalın Fatih Terimlə bağlı yazdığı sms-i gündəmə gətirib. Sözügedən olay avqustun 19-da, Abdullah Avcının istefaya göndərilməsindən 1 gün öncə yaşanıb. Belə ki, 22 iyulda yenidən prezident seçilən Ünal Aysalın komandasında yer alan Köksal, Avcının yerinə Terimin gətiriləcəyinin söhbəti getdiyi günlərdə "İmperator"u yaxın dostu olan professor Bülent Bayraktara "Hocama bir mesajım olsa, çatdıra bilərsən? Bu mesajımı ona oxutdur..." sms-ini yazıb. Həmin sms-də isə bu sözləri yer alıb: "Sevgili hocam, dəyərli böyüyüm. Bu kluba sənin qədər əmək verən kimsə yoxdu. Kluba təsadüf nəticəsində gələnlər bir gün gedəcək. Amma sən bu klubun canlı əfsanəsisən. Hazırda sənə edilən zülmlərə boyun əyib, bu gəmini tərk etsən, Ü.A, L.A və B.T-ni sevindirmiş olacaqsan. Ona görə xahiş edirəm ki, bu qərarı bizlər - səni sevənlər üçün yenidən qötür-qoy et, nəzərdən keçir".

Türkiyə mətbuatının digər iddiasına görə, sonradan olaydan xəbər tutan klub prezidenti Ünal Aysal, Köksalı yanına çağıraraq hesabat tələb edib. O isə yazdığı sms-də Ü.A-nın yer almadığını, L.A deyərkən Lütfi Arıboğan və B.T deyərkən də Bülent Tulunu nəzərdə tutduğunu bildirib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30