20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

"Mançester Siti" "Qalatasaray"a qiymət "oxudu"

"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini Aleksandr Kolarovun ardınca daha bir sabiq futbolçusunu İstanbulda görmək istəyir. Futbolxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis "Mançester Siti"nin üzvü Edin Dzekonun transferində maraqlıdır. "Qalatasaray"ın prezidenti Ünal Aysal da bosniyalı ulduzu komandasında görmək istədiyini gizlətmir. "Cim-Bom" artıq Dzekonun keçidi ilə bağlı "Mançester Siti"yə müraciət etsə də, aldığı cavabdan şok olub. Belə ki, "şəhərlilər" Dzekoya görə 17 milyon avro tələb edir. Təbii ki, bu rəqəm də heç cür "Qalatasaray" rəhbərliyini qane edə bilməz. Odur ki tərəflərin yenidən danışıqlar masası arxasına əyləşəcəyi gözlənilir. Lakin Dzeko özü hələ ki "Mançester Siti"ni tərk etmək barədə düşünmədiyini bildirib: "Hazırda "Mançester Siti"nin futbolçusuyam və burada olmaqdan məmnunam. Ən azı cari mövsümün sonuna kimi komandada qalacağam. Yayda nələr olacağını isə zaman göstərəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30