25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Xarici futbol

"Maurinyonun titulları onun əvəzinə danışır"

 

Argentina millisinin sabiq üzvü Ernan Krespo "Real"ın bazasında olub. Futbolxeber.az xəbər verir ki, sabiq futbolçu bazada olduğu müddətdə "Malyorka" ilə oyuna hazırlaşan "Real"ın məşqini izləyib, baş məşqçi Joze Maurinyonun iş prinsipinə yaxından bələd olub. Hazırlıq prosesindən sonra isə Krespo Madrid klubunun rəsmi internet saytına açıqlama verib: "Mən gələcəkdə məşqçi olmağı planlaşdırıram. Bu səbəbdən də keçmiş baş məşqçilərimin iş prinsipini izləyir, daha çox təcrübə toplamağı planlaşdırıram. Allaha şükürlər olsun ki, karyeram ərzində bir çox güclü mütəxəssislərlə birgə çalışmışam. Onlarda biri də məhz Maurinyodu. O dahidi. Qazandığı titullar onun əvəzinə danışır. O əsl lider və əla insandı. Maurinyo ilə birgə işləmək çox xoşdur. Çünki hər oyunçu onunla söhbət etdikdən sonra özünü mühüm futbolçu hesab edir". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30