20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

Moyes Foqtsdan danışdı

"Mançester Yunayted"in baş məşqçisi Devid Moyes milli komandamızın baş məşqçisi Berti Foqtsun Şotlandiyanı çalışdırdığı vaxt Ueyn Runini milliləşdirmək istəyini açqılamasına münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, Moyes həqiqətən də Foqtsun belə istəkdə olduğunu təsdiqləyib: "Berti Foqtsun Şotlandiya yığmasında baş məşqçi olduğu vaxt Ueyn Runini milliyə çağırmaq istədiyini yaxşı xatırlayıram. "Everton"da çalışdığım həmin vaxt mən də onun bu komandanı seçməsinin tərəfdarı idim. Runinin Şotlandiya yığmasına cəlb olunmasına vasitəçi olmağa çalışırdım. Onun nənəsinin şotlandiyalı olduğunu bilirdim. Az qala Ueyni bunu etməyə məcbur edəcəkdim. Təəssüf ki, Foqtsla birgə səylərimiz fayda vermədi və biz Runini Şotlandiyada oynamağa razı salmağa nail olmadıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30