9 Avqust 2025, Şənbə
Ribeyro rəsmən “Neftçi”də
“Bunu qəbul etmək lazımdır”
"Araz-Naxçıvan"dan ağır yenilgi
"Sumqayıt" "Qəbələ" ilə heç-heçə etdi

Xarici futbol

"Neftçi"nin potensial rəqiblərinin Bakıda oynayacağı dəqiqləşdi

"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri olan Bosniya və Herseqovina "Jelezniçar"ı ilə Belarusun "Dinamo" (Minsk) klubları arasında cavab oyununun Bakıda keçiriləcəyi dəqiqləşib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə klubdan "klix.ba" nəşrinə bildirilib. I təsnifat mərhələsinin cavab qarşılaşmasının "Qarabağ"a məxsus "Azersun Arena"da oynanılacağı qeyd olunub.

"Minsk "Dinamo"su avrokubok matçlarını Belarus ərazisində keçirə bilmir. İlkin olaraq, "Jelezniçar"la ev oyunu üçün İsrailin "Netanya" şəhərindəki stadionu seçmişdilər. Lakin nəqliyyat və yaşayış xərcləri yüksək olduğu üçün cavab görüşü Azərbaycanın paytaxtı Bakıdakı "Azersun Arena"ya dəyişdirilib. Qarşılaşma iyulun 20-də keçiriləcək. İlk görüş isə iyulun 13-də olacaq".

Qeyd edək ki, "Neftçi" Konfrans Liqasının II təsnifat mərhələsində bu cütün qalibi ilə qarşılaşacaq. Oyunlar iyulun 27-də və avqustun 3-də keçiriləcək.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31