9 Avqust 2025, Şənbə
Ribeyro rəsmən “Neftçi”də
“Bunu qəbul etmək lazımdır”
"Araz-Naxçıvan"dan ağır yenilgi
"Sumqayıt" "Qəbələ" ilə heç-heçə etdi

Xarici futbol

Rumıniya klubu Regekampfdan imtina etdi

"Neftçi"nin baş məşqçisi Laurentisu Regekampf  Rumıniyanın “Universitatya Krayova” klubunu çalışdırmayacaq.

Futbolxeber.az saytının Rumıniya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Universitatya Krayova”nın maliyyə dəstəkçisi Mixai Rotaru bildirib. Klub 47 yaşlı mütəxəssislə müqavilə imzalamaq istəməyib.

Mixai Rotaru təcrübəli Regekampfa "Bugatti" markalı avtomobil və aylıq 40 000 avro təklif etmələri ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: "Övladlarımdan biri həqiqətən də avtomobil modelləri ilə yaxından maraqlanır. Bu mənada "Bugatti"in öhdəsindən gələ biləcəyimi düşünürəm. Problem aylıq 40 000 avro məvaciblə bağlıdır. Mən bu qədər pulu haradan alacağımı bilmirəm (gülür)".

Qeyd edək ki, daha əvvəl Regekampfın “Universitatya Krayova”nı çalışdırıcağaı barədə xəbərlər yayılmışdı. O, 2021/2022 mövsümündə də bu komandaya baş məşqçilik edib. Regekampfın “Neftçi” ilə müqaviləsi isə 2024-cü ilin yayına qədərdir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31