19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Çerçesovdan qələbə şərhi

“Biz bilirdik ki, bu, ağır oyun olacaq. Çünki “Akademiya Puşkaş” çempionatda bizim ciddi rəqiblərimizdəndir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Ferentsvaroş”un baş məşqçisi Stanislav Çerçesov dünən Macarıstan çempionatının ilk turunda “Akademiya Puşkaş” üzərindəki qələbədən (1:0) sonra bildirib. Yeganə qol 90+4-cü dəqiqəqə vurulub.

Avqustun 3-də Budapeşt klubu Bakıda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk görüşündə “Qarabağ”la qarşılaşacaq.

Çerçesovun sözlərinə görə, ÇL-in təsnifat mərhələlərinin görüşləri komandaya təsirsiz ötüşməyib: “Bratislavadakı cavab görüşü (“Slovanla”la oyun nəzərdə tutulur) komandanın təkcə fiziki yox, emosional baxımdan da yorub. Məhz buna görə biz “Akademiya Puşkaş”la görüşə yeni taktika və start heyəti ilə çıxdıq. Yeni mövsümə qələbə ilə başladığımıza görə şadam”.

Rusiyalı mütəxəssis bildirib ki, bu görüşü təhlil edəcəklər: “Bu gün seçdiyimiz struktur pis işləmədi. Düzdür, müdafiə və hücumda elə məqamlar oldu ki, bu, mənim xoşuma gəlmədi. Amma əsas odur ki, qələbə qazandıq. Rəqibimiz də oyunun gedişatında taktiki dəyişikliklər etdi, biz də buna uyğunlaşmalı olduq”.

Çerçesova dünənki görüşdə qələbə qolunun müəllifi, son vaxtlar yüksək formada olan Kristoffer Zakariassenlə bağlı da sual ünvanlanıb. O, Norveç millisinin 27 yaşlı yarımmüdafiəçisi haqda deyib: “Biz daim futbolçularımızın oyunlarını məşqçi qərarhagında müzakirə və koordinasiya edirik. Görürəm ki, bu, futbolçuya müsbət təsir edib. O, daim inkişafdadır. Mən Kristofferin oyunundan razıyam və o, daha güclü çıxış etmək üçün addım-addım irəliləyir”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30