20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

“Qarabağ”ın legioneri: “Xaricdə qol vurmağımız çətin olur”

“10 ballıq şkalı üzrə başa çatan mövsümdəki oyunlarıma 9 qiyməti verərdim. Çünki afrikalı futbolçuya xaricdə qol vurmaq asan deyil”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Ovusu Kvabena bildirib.

Qanalı hücumçu ötən mövsümü Türkiyə birinci liqa təmsilçisi “Ankaragücü”də keçirib. 24 yaşlı oyunçu liqada 7, kubokda 3 olmaqla 10 qol vurub, 4 qolun isə ötürməsini edib.

Kvabena ölkəsinin mətbuatına açıqlamasında qeyd edib ki, afrikalı futbolçulardan Sadio Mane və Məhəmməd Salah da qol vurmaqdan daha çox əzmlə çalışırlar: “Müşahidə etdiyim budur ki, qanalı futbolçuların xaricdə qol vurması çətindir. Harri Keyn şans qazanan kimi rahatlıqla qol vura bilir. Bizlər isə çox mübarizə aparırıq. Düşünürəm ki, bizdən fərqli olaraq, avropalılar futbolda çox şey öyrənirlər”.

Qeyd edək ki, “Ankaragücü” ilə müqavilə müddəti başa çatan Ovusunun tezliklə “Qarabağ”ın düşərgəsinə qayıdacağı gözlənilir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30