28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Bışovets: "Ponomaryov barədə bu sözləri cılız adamlar deyə bilər"

"İqor Ponomaryovu milliyə cəlb etməyi həmin vaxt köməkçim olan Hacı Hacıyev təklif etdi. Mövqe ilə bağlı problemimiz var idi".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri futbol üzrə SSRI yığmasının sabiq baş məşqçisi Anatoli Bışovets 1988-ci il Seul Yay Olimpiya Oyunlarının qalibi olmuş futbolçular barədə danışarkən deyib.

74 yaşlı mütəxəssis keçmiş yarımmüdafiəçini yaxşı oyunçu adlandırıb. Lakin Bışovetsin fikrincə, Ponomaryov nə çağırılanadək, nə də çağırıldıqdan sonra olimpiya komandasının əsas oyunçusu olmayıb: "Bütün Azərbaycanın Ponomaryovu yığmaya cəlb etmək üçün "atışdığı"na dair söz-söhbətləri eşitmək sadəcə ayıbdır. Bunları cılız insanlar deyə bilərlər".

Qeyd edək ki, İqor Ponomaryov 1988-ci ildə SSRİ yığması ilə olimpiya çempionu olub ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31