25 Aprel 2024, Cümə axşamı
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu

Xarici futbol

Azərbaycanda oynamış futbolçunun cəzası ləğv edildi

Azərbaycanda AZAL, “Rəvan”, “Muğan” kimi klublarda çıxış etmiş Samuel Barlayın cəzası ləğv edilib.

Futbolxeber.az saytının məlumatına görə, oyun alğı-satqısında ittiham olunan 34 yaşlı yarımmüdafiəçi Syerra Leone Futbol Federasiyaları Asossasiyasının (SLFA) qərarına əsasən, dəlil çatışmazlığı səbəbindən əfv edilib.

Barlay 2008-ci ildə Afrika Millətlər Kubokunda Cənubi Afrika ilə matçın (0:0) nəticəsinə təsir etməkdə günahlandırılırdı.

Barlay açıqlamasında bunları deyib: “Xəbəri eşidəndə göz yaşlarımı saxlaya bilmədim. Çünki həmişə günahsız olduğumu bilirdim. Bu xəbəri alqışlayıram. Amma məmnun deyiləm. Çünki SLFA mənim imicimi yerə çırpdı. Nəticədə karyeram zədə aldı. Mənim imicim bərpa oluna bilməz.

Ölkəmə qarşı heç vaxt pis bir iş görməyəcəyəm. Kədərlənirəm. Çünki SLFA-nın qərarı artıq karyeramı bitirdikdən sonra verildi. 2018-ci ildə bu məsələyə görə karyerama son vermək qərarına gəldim. Azərbaycanda “Rəvan” mənimlə müqaviləni ləğv etdi. Komandalar artıq həmin iddialara görə mənimlə müqavilə imzalamaq marağında deyildilər”.

Qeyd edək ki, Samuel Barlay 2010-cu ildə "Muğan", 2011-2013 və 2015/2016 mövsümündə "Rəvan", 2013/2014 mövsümündə isə AZAL-da oynayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30