25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Xarici futbol

Tayson yarım milyon dollara vətəndaşlığını dəyişdi

Donetskin “Şaxtyor” klubu braziliyalı futbolçu Taysonu Ukrayna vətəndaşlığını qəbul etməyə razı salıb. Lent.az-ın “Ua.tribuna.com”a istinadən məlumatına görə, vətəndaşlığını dəyişdirməsi qarşılığında 25 yaşlı yarımmüdafiəçiyə 500 min dollar bonus ödəniləcək. Tayson Ukrayna pasportu aldıqdan sonra legioner sayılmayacaq. Hazırkı qaydalara əsasən, ölkə çempionatının oyunları zamanı meydanda 7-dən çox əcnəbi futbolçu ola bilməz. Bundan əlavə, Tayson Braziliya yığmasında oynamadığından, Ukrayna milli komandasında çıxış edə bilər. Artıq bu komandada daha bir “sambaçı” - “Metallist”in 2011-ci ildə milliləşdirilmiş yarımmüdafiəçisi Edmar da “sarı-göy” forma geyinir və 6 dəfə meydanda olub. “Şaxtyor”un daha bir braziliyalısı Luis Adriano da Ukrayna vətəndaşlığı almaq arzusundadır.
Qeyd edək ki, Tayson Barselyos Freda Donetsk komandasına yanvardan “Metallist”dən 15,24 milyon avroya keçib. O, karyerasına Braziliya “İnternasyonal”ında başlayıb və 2010-cu ilin avqustunda Xarkov komandasına transfer olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30