19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Dieqo Maradonanın həkiminə qarşı cinayət işi açıldı

Argentina prokurorluğu əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı onun şəxsi həkimi barəsində ittiham irəli sürüb.

Futbolxeber.az saytının məlumatına görə, Leopoldo Luke adam öldürmə və xəstəyə kömək göstərməməkdə şübhəli bilinir. Ona qarşı istintaq, Maradonanın qızlarının həkimin hərəkətlərini şübhə altına alan ifadələri əsasında başladılıb.

Məhkəmə Lukanın evində axtarış aparılmasına icazə verib. Əməliyyatlar zamanı Maradonanın xəstəlik tarixcəsi ələ keçirilib.

Bundan əvvəl əfsanəvi yarımmüdafiəçinin vəkili Matias Morla Maradonaya vaxtında təcili tibbi yardım göstərilməməsindən şübhələndiyi üçün ölüm hadisəsi ilə bağlı istintaq aparmaq istəyini ifadə edib.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bildirilib (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30