28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Roman Qriqorçukun komandası çempion oldu

Belarus çempionatında 2020 mövsümünə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, yarışın qalibi sonuncu - 30-cu turda müəyyənləşib.

Son turda Soliqorsk “Şaxtyor”u doğma meydanda “Minsk”ə qalib gəlib - 4:2. Bu qələbə ilə sabiq “Qəbələ”li Roman Qriqorçukun baş məşqçisi olduğu komanda 59 xalla ölkə çempionu olub.

BATE 58 xalla ikinci, 56 xala malik “Torpedo-Jodino” isə üçüncü yeri tutub.

Qeyd edək ki, “Şaxtyor” tarixində ikinci dəfə Belarus çempionu olub. Komanda ilk dəfə 2005-ci ildə qızıl medallara yiyələnib.

Xatırladaq ki, Qriqorçuk 2015-2018-ci illər aralığında “Qəbələ”ni çalışdırıb. O, bu ilin sentyabrında Belarus təmsilçisinə baş məşqçi təyin olunub. “Qəbələ”dən sonra “Astana”nı çalışdıran ukraynalı mütəxəssis bu klubla da ölkə çempionluğu sevincini yaşayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31