16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Xarici futbol

İsrail millisinin qapıçısı jurnalistlə qırğına çıxdı

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Rusiya - İsrail oyunundan öncə təşkil olunan mətbuat konfransında maraqlı anlar yaşanıb. Futbolxeber.az-ın məlumatına görə, tədbirin gedişatında İsrail yığmasının qapıçısı Dudu Avat israilli jurnalistlə əməlli-başlı qırğına çıxıb. Belə ki, Avatla "Ediot Axronot" qəzetinin əməkdaşı Dansi Pir bir neçə dəqiqə ərzində bir-birilərinin ünvanına ittihamlar səsləndiriblər. Rusiyalı jurnalistlər əvvəlcə nə baş verdiyini anlamayıblar. Çünki tərəflər doğma dildə mübahisə ediblər. Sonradan isə məlum olub ki, jurnalist Avatı seçmə mərhələ ərzində 6 xal itkisində günahlandıraraq, soruşub ki, o nə vaxt "kəpənək tutmağ"ı tərgidəcək. Bu sualı eşitdikdən sonra özündən çıxan İsrail yığmasının qapıçısı isə bəyan edib ki, bu jurnalist daim onu izləyir və vacib oyunlardan öncə onu özündən çıxarır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30