29 Oktyabr 2020, Cümə axşamı
Ordumuz Bərdənin qisasını aldı
“Neftçi TV” fəaliyyətini bərpa edir
"Araz"ın ÇL-dəki rəqibi müəyyənləşdi
Millimizin oyununun tarixi dəyişdi

Xarici futbol

"Azərbaycanla Kipri udub, Lüksemburqun büdrəməsini gözləyəcəyik"

“Oyuna yaxşı başladıq, baxımlı qol vurduq. Bundan sonra daha diqqətli olmalı idik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Monteneqro millisinin baş məşqçisi Faruk Hacibegiç UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunda evdə Lüksemburqla oyundan sonra mətbuat konfransında deyib.

Bosniyalı mütəxəssis 1:2 hesablı məğlubiyyəti belə şərh edib: “Qoy, hamı mənə təzyiq göstərsin. Amma biz inamlı mübarizə apardıq. Belə oyunla daha yaxşı nəticəyə layiq idik. Sadəcə, buraxılan qollara mane ola bilmədik”.

63 yaşlı baş məşqçi artıq pley-offa vəsiqənin taleyinin onlardan asılı olmadığını söyləyib: “Ümid edirəm ki, vəziyyəti düzəldə biləcəyik. Qrupda Azərbaycan və Kiprlə oyunlarımız qalıb. Hər iki matçda qalib gəlib, Lüksemburqun xal itirməsini gözləyəcəyik”.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra Monteneqro millisi liderliyi əldən verib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31