20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Monteneqro yığması Azərbaycanla oyun ərəfəsində problemlə üzləşdi

Monteneqro milli komandasının qapıçısı Matiya Şarkiç ən azı 2 ay müddətinə sıradan çıxıb. 

Futbolxeber.az saytının məlumatına görə, 23 yaşlı oyunçu icarədə olduğu "Şrusberi"nin heyətində İngiltərə I Liqasının "Plimut"la oyunu zamanı zədələnib.

56-cı dəqiqədə zədə üzündən əvəzlənmiş Şarkiçin ən azı 2 ay müddətinə sıradan çıxdığı açıqlanıb. O, oktyabrın 7-də Latviya ilə yoldaşlıq görüşü, eləcə də oktyabrın 10-da Azərbaycan, oktyabrın 13-də isə Lüksemburqla UEFA Millətlər Liqası oyunlarının hazırlıq prosesinə qatılmayacaq.

Bu gündən başlanacaq toplanışa Cənubi Koreyanın "İnçhon Yunayted" klubunun hücumçusu Stefan Muqoşanın gəlişi də sual altındadır. Cənubi Koreya Futbol Assosiasiyası Muqoşanın yığmadan dönüşdə 2 həftəlik karantinə alınacağını əsas gətirərək onun çağırışdan azad olunmasını xahiş edib.

Qeyd edək ki, Monteneqro Latviya ilə oktyabrın 7-də, Azərbaycanla oktyabrın 10-da, Lüksemburqla isə oktyabrın 13-də üz-üzə gələcək. Hər 3 oyun paytaxt Podqoritsada təşkil olunacaq ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30