9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Xarici futbol

Avroliqada ilk yarımfinalçılar müəyyənləşdi

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.

Futbolxeber.az saytının məlumatına görə, yarımfinalçıların adları bir oyunla müəyyənləşir.

Avroliqanın cari mövsümdəki qalan bütün oyunları Almaniyanın müxtəlif stadionlarında keçirilir.

İlk oyun günündə iki qarşılaşma baş tutub. "Mançester Yunayted" Kölndə "Kopenhagen"lə üz-üzə gəlib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Əlavə vaxtda rəqib qapısına yol tapan "Qırmızı şeytanlar" əlavə vaxtda istəyinə çatıb.

"İnter" isə Dusseldorfda Leverkuzen "Bayer"ini sınağa çəkib. Matç Milan klubunun qələbəsi ilə yekunlaşıb. 

Beləliklə, "İnter" və "Mançester Yunayted" yarımfinalda üz-üzə gələcək. 

Avropaliqa, 1/4 final mərhələsi

10 avqust

"Mançester Yunayted" - "Kopenhagen" 1:0

Qol: Bruno Fernandeş, 94-pen. 
 
"İnter" - "Bayer Leverkuzen" 2:1
 
Qollar: Barella, 15 (1:0), Lukaku, 21 (2:0), Haverts, 24 (2:1)

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki qarşılaşması bu gecə oynanılacaq. "Vulverhempton" "Sevilya", Donetsk "Şaxtyor"u isə "Bazel"lə üz-üz gələcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31