15 Avqust 2026, Şənbə
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi

Xarici futbol

“Real” və “Yuventus” ÇL-lə vidalaşdı

Mart ayından koronavirus pandemiyasına görə dayandırılan Çempionlar Liqasının oyunları bərpa olunub.

Futbolxeber.az saytının məlumatına görə, ilk oyun günündə 1/8 final mərhələsinin iki cavab qarşılaşması keçirilib.

Fransada "Lion"a 0:1 hesabı ilə uduzan "Yuventus" bu dəfə rəqibi ilə Turində qarşılaşıb. İtaliya təmsilçisi 2:1 hesabı ilə qalib gəlsə də, bu, növbəti mərhələ üçün bəs etməyib. "Lion" səfərdə vurduğu qol sayəsində 1/4 finala vəsiqə qazanıb.

Gecənin digər görüşündə isə "Mançester Siti" Madrid "Real"ını qəbul edib. Səfərdə 2:1 hesabı ilə qalib gələn İngiltərə təmsilçisi cavab oyununda da eyni hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

Çempionlar Liqası

1/8 final, cavab oyunları

7 avqust

"Yuventus" (İtaliya) - "Lion" (Fransa) 2:1

Qollar: Depay, 12-pen (0:1), Ronaldo, 43-pen (1:1), 60 (2:1)

İlk oyun - 0:1

"Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) 2:1

Qollar: Sterlinq, 9 (1:0), Benzema, 28 (1:1), Xesus, 68 (2:1)

İlk oyun - 2:1

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31