29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

“Başakşehir” çempionluğunu rəsmiləşdirdi

Türkiyə Superliqasında 2019-2020 mövsümünün qalibi bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, “Başakşehir” sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib.

Ən yaxın izləyicisi “Trabzonspor”un evdə “Konyaspor”a uduzması (3:4) İstanbul klubunun çempion edib. Lakin “Qaradənizlilər” qalib gəlsə, belə, Okan Burukun komandası birinci olacaqdı. Çünki "Başakşehir" bir qədər əvvəl başa çatan görüşdə “Kayserispor”u məğlub edib - 1:0.

Bu nəticə ilə “Başakşəhər”in 69, “Trabzonspor”un 62 xalı olub.

Beləliklə, İstanbul klubu tarixində ilk dəfə çempionlu sevinci yaşayıb. Okan Burukun komandası Superliqada qızıl medallara yiyələnən sayca 6-cı komandadı. “4 böyüklər”dən başqa, yalnız “Bursaspor” Superliqada çempionluq sevinci yaşayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31