19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

"Yaxın gələcəkdə daha da güclü komandamızın olacağına əminəm”

"Rəvan” futbol klubunun qışda heyətinə qatdığı Mindauqas Kalonas məhz yeni komandasında sərgilədiyi oyunla yenidən Litva millisinə qayıtdı. Özü də o, dərhal nəticəyə təsir edən addımla yadda qaldı. Belə ki, 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının seçmə turnir çərçivəsində Jlinada Slovakiya ilə səfər oyununda qol ötürməsi verdi. Matç 1:1 hesabı ilə başa çatdığından Kalonasın qazanılan xalda bilavasitə rolunun olduğunu söyləmək mümkündür.

Mindauqas Slovakiyada soyuq hava şəraitində keçən oyundan sonra qrip virusuna yoluxub. Üstəlik, virus komanda daxilində də yayıldığından vəziyyət gərginləşib. Bəzi futbolçuların Jilinadakı görüşdə zədələndiyini də nəzərə alsaq, litvalıların martın 26-da yoldaşlıq oyununda Albaniyaya 1:4 hesabı ilə uduzmasının əsl səbəbi üzə çıxar. Hər halda, Mindauqas həmin matçda da sonradan meydana çıxmaqla komandasının çıxışına müsbət təsir göstərmişdi.

Bütün bunları nəzərə alan litvalı jurnalistlər "Rəvan"ın üzvündən müsahibə götürüb. 29 yaşlı pleymeyker Azərbaycana gəlişi ərəfəsində yerli saytların birinə danışıb.

- Slovakiya və Albaniya yığma komandalarına qarşı oyunlarda çox fərqli nəticələr qeydə alındı. Nə üçün?

- İlk növbədə bu iki oyun arasında status fərqini qabartmalıyam. Slovakiya ilə oyun seçmə turnirin matçı idisə, albanlara qarşı adi yoldaşlıq oyununda qüvvəmizi sınadıq. Rəsmi oyundan sonra baş məşqçinin təzə futbolçuları sınaqdan keçirmək istəməsini də qeyd edə bilərəm. Üçüncüsü, Slovakiyada oynayan futbolçulardan yeddisi müxtəlif səbəblərdən millinin düşərgəsini tərk etdi. Jilinada oynayanların demək olar hamısı soyuqladı, qripə yoluxdu. Albaniya ilə matç öncəsi 8 futbolçu qızdırmadan yanırdı. Həkimlər bir təhər onları ayağa qaldıra bildi.

- Xəstə olsaz da, hər iki oyunda çıxış etdiz...

- Əslində ilk xəstələnən, halı pişləşən elə mən olmuşdum. 2 gün vəziyyətim çox pis oldu. Həkimlər iynə-dərmanla məni oyuna hazır etdi. Bu üzdən Slovakiyadakı görüşdə tam oynaya bilmədim. Orda hava soyuq idi, xəstəliyim də tam keçməmişdi. Nəticədə virus başqalarına da yayıldı. Bəzi futbolçular 38-30 dərəcə qızdırmada yanırdı. Üstəlik, baş ağrısı və halsızlıq da var idi.

- Albaniya ilə görüşdə siz meydana girəndən sonra oyun dəyişdi...

- Ola bilər. Amma nəzərə alın ki, albanlar tam gücü ilə oynayırdısa, bizim baş məşqçimiz sanki sınaq həyata keçirirdi. Hər halda, statusundan asılı olamayaraq bütün oyunlarda sona qədər mübarizə aparmaq lazımdır. Biz də belə etdik.

- Uzun fasilədən sonra milliyə qayıtdız. Bu komandanı əvvəlki ilə müqayisə etmək olar?

- 2010-cu ildəki komanda daha püxtələşmiş idi. İndi isə gənc futbolçular çoxdur. Məşqçimiz gəncliklə təcrübənin vəhdətini yaratmağa çalışır. Məncə, bu gənclərlə yaxın gələcəkdə daha da güclü komandamız olacaq. Buna əminəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30