19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Xarici futbol

Prosineçki: "Mən gələndə komanda sonuncu yerdə idi"

"Gəldiyim zaman komanda liqanın sonuncu pilləsində idi və hər kəs "Kayserispor" elitanı tərk edəcəyini düşünürdü. Oyunçularımız bu oyunda hər şeylərini verdilər. "Beşiktaş"a qarşı inanılmaz bir qələbə qazandılar. Deyə bilərəm ki, hətta insandan da üstün mübarizə apardıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kayserispor"un baş məşqçisi Robert Prosineçki Türkiyə Superliqasının 33-cü turunda doğma meydanda "Beşiktaş"a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, növbəti matça kökləndiklərini bildirib: "Növbəti mövsüm Superliqada davam etmək üçün əla fürsətimiz var. Üç gün sonra "Rizəspor"la görüşümüz var. Artıq bu oyuna köklənməliyik. Amma belə bir komandanı məğlub etməkdən də zövq almalıyıq. Ümid edirəm ki, qalan 4 matçın nəticəsinə əsasən liqada qalacağıq".

Qeyd edək ki, "Kayserispor" hazırda ölkə çempionatında 31 xalla 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.

Xatıradaq ki, R.Prosineçki  2014-17-ci illərdə milli komandamızın baş məşqçisi işləyib

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31