13 Oktyabr 2025, Bazar ertəsi
U-17 millimiz darmadağın oldu
AFFA Santuşa təzminat ödəyib
Millimiz Fransaya uduzdu
U-21-dən biabırçı məğlubiyyət

Xarici futbol

Zidan: “Çempionluğun taleyi son turda həll olunacaq”

“Real”ın baş məşqçisi Zinəddin Zidan La Liqanın 32-cin turunda səfərdə “Espanyol” üzərində qazandıqları 1:0 hesablı qələbə haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, fransız mütəxəssis komandasının oyunundan razılığını ifadə edib: “Oyunçularımdan çox razıyam. Ardıcıl qələbə qazanmaq heç də asan deyil. Buna görə də futbolçularımı təbrik etməliyəm”.

Zidan turnir cədvəlində “Real”ın vahid lider olmasına da münasibət bildirib: “Zirvədə olmağımıza fikir vermirəm. Çünki çempionluğun taleyi son turda həll olunacaq. Autsayderlə qarşılaşsaq da, çox çətinliklə üzləşdik. Ona görə də La Liqada hansısa oyunun nəticəsini əvvəldən proqnozlaşdırmaq çətindir”.

Qeyd edək ki, sona 6 tur qalmış "Real" 71 xalla vahid liderdi. Son 3 turda 4 xal itirən "Barselona" isə 69 xalla turnir cədvəlndə ikinci yeri tutur.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31