28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

“Liverpul”un çempionluğu bu gün rəsmiləşə bilər

"Liverpul” İngiltərə Premyer Liqasının 31-ci turunda “Kristal Pelas”ı 4:0 hesabı ilə darmadağın edib.

Futbolxeber.az saytının məlumatına görə, bu qələbə sayəsində Yurgen Kloppun komandası 86 xalla turnir cədvəlinin vahid lideridir.

“Liverpul” ən yaxın izləyicisi, 1 oyun az keçirən “Mançester Siti”ni 23 xal qabaqlayır. Mançester təmsilçisi bu gün səfərdə “Çelsi”nin qonağı olacaq.

Bakı vaxtı ilə 23:15-də start götürəcək qarşılaşma “Liverpul” üçün də mühüm əhəmiyyət kəsb edir. Çünki “Mançester Siti” bu gün xal itirəcəyi təqdirdə, son 7 turun nəticələrindən asılı olmayaraq “Liverpul” çempionluğunu rəsmiləşdirəcək.

Qeyd edək ki, buna qədər 18 dəfə ölkə çempionu olan “Liverpul” son dəfə 1989/90 mövsümündə qızıl medallara sahib çıxıb. Yarış Premyer Liqa adlanandan sonra isə “qırmızılar” heç vaxt çempion ola bilməyiblər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31