29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

La Liqada belə erkən 100 oyunda qapısını toxunulmaz saxlayan olmamışdı

“Atletiko”nun qapıçısı Yan Oblak La Liqanın 29-cu turunda “Osasuna”ya qarşı keçirilən oyunda qapısını toxunulmaz saxlayıb (5:0).

Futbolxeber.az saytının məlumatına görə, sloveniyalı qolkiper İspaniya çempionatı çərçivəsində 100-cü oyunda qapısını toxunulmaz saxlayıb.

Bununla da Oblak rekorda imza atıb. Belə ki, o, La Liqa tarixində 100-cü quru oyuna ən qısa zamanda nail olan qapıçı adına sahib çıxıb. Bu göstərici üçün Oblaka 182 matç kifayət edib.

Buna qədər rekord “Barselona” və “Atletiko”nun qapıçısı Migel Reynaya məxsus idi. 70-ci illərdə o, 222-ci görüşdə 100-cü dəfə qapısını toxunulmaz saxlamağa müvəffəq olmuşdu.

Ümumilikdə, Oblak La Liqada 100 quru oyun həddinə çatan 21-ci, amma bunu bacaran ilk legioner qapıçı olub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31