24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Xarici futbol

“Fənərbaxça”yla “Trabzonspor”dan qələbə

Türkiyə Superliqasının oyunları bərpa olunub.

Futbolxeber.az saytının məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçirilib.

27-ci tur çərçivəsində “Fənərbaxça” öz meydanında "Kayserispor"u qəbul edib. Artıq 12-ci dəqiqədə azlıqda qalan İstanbul klubu ikinci yarıda hesabda geri düşsə də, sonda inanılmaz əzmkarlıq nümayiş etdirib. Matçın 78 dəqiqəsini azlıqda keçirən “Fənərbaxça” sona 3 dəqiqə qalmış 2 dəqiqə ərzində vurduğu 2 qolla 3 xal qazana bilib.

Lider “Trabzonspor” isə “Göztəpə”nin qonağı olub. 3 xalı 3 qolla qazanan Trabzon təmsilçisi turnir cədvəlində vahid lider olub.

Türkiyə Superliqası

27-ci tur

12 iyun

“Fənərbaxça” - “Kayserispor” 2:1

Qollar: Mensah 59 (0:1), Muriqi 87-pen (1:1), Luiz Qustavo 88 (2:1)

Qırmızı vərəqə: Tufan 12 (“Fənərbaxça”)

“Göztəpə” - “Trabzonspor” 1:3

Qolar: Nvakaeme 16 (0:1), Ekuban 52-pen (0:2), Öztürk 57-pen (1:2), Omur 84 (1:3)

Qırmızı vərəqə: Guilherme 41 (“Trabzonspor”)

Qeyd edək ki, “Trabzonspor” 56 xalla Superliqanın vahid lideridir. “Başakşehir” 53 xalla ikinci, 50 xalı olan “Qalatasaray” isəüçüncü pillədə qərarlaşıb. “Sivasspor” 49 xalla dördüncü, “Beşiktaş” 44 xalla beşinci, “Fənərbaxça” isə 43 xalla “Alanyaspor”la birgə 6-7-ci yerləri bölüşdürür.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30