3 Yanvar 2026, Şənbə
“Neftçi”nin hazırlıq planı bilindi
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə

Xarici futbol

İngiltərə Premyer Liqasının bərpa tarixi açıqlandı

Koronavirus pandemiyasına görə  dayandırılan İngiltərə Premyer Liqasının bərpa tarixi müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, Premyer Liqanın iyunun 17-də yenidən davam etdiriləcəyi bildirilib.

Turnirin təxirə salınmış iki oyun - “Aston Villa” - “Şeffild Yunayted” və “Mançester Siti” - “Arsenal” matçları ilə bərpa olunacağı qeyd olunub. Bu oyunlar İngiltərə Liqa kubokuna görə 29-cu turdan təxirə salınmışdı.

30-cu turun oyunları isə iyunun 19-dan başlayaraq keçiriləcək. Qarşılaşmalar azarkeşsiz oynanılacaq.

Qeyd edək ki, İngiltərədə çempionatlar martın əvvəlindən dayandırılıb. Premyer Liqada turnir cədvəlinə ən yaxın izləyicisi “Mançester Siti”ni 25 xal qabaqlayan “Liverpul” başçılıq edir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31