16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Xarici futbol

UEFA-dan milli çempionatlar və avrokuboklarla bağlı rəsmi açıqlama

Bu gün UEFA İcraiyyə Komitəsinin videokonfransı keçirilib.

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məluata görə, yığıncaqda martın ortalarında yaradılan İki İşçi qrupun yarışlarla bağlı təklif etdiyi 2 variant müzakirə olunub.

Bunlardan biri milli çempionatların avrokuboklardan əvvəl başlamasıdır. Çempionlar Liqası və Avropa Liqası oyunlarının isə avqustda keçirilməsi planşaldırılır. İkinci variant isə daxili yarışlar və avrokubokların paralel şəkildə başa çatdırılmasıdır.

Onlayn iclasda növbəti dəfə milli assosiasiyalara yerli liqaları bitirmək üçün bütün mümkün variantlardan istifadə etmək tövsiyə olunub. Bunun klubların avrokuboklarda iştirakı üçün ən yaxşı vasitə olduğu vurğulanıb. Eyni zamanda hazırkı şəraitdə insanların sağlamlığının daha vacib olduğu qeyd olunub.

Bildirilib ki, daxili yarışları hazırkı formatla bitirmək mümkün olmayacağı təqdirdə klubların avrokuboklarda iştirakının idman prinsipləri əsasında müəyyənləşdirilməsi üçün başqa formatlardan istifadə oluna bilər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30